...

Azərbaycan-Gürcüstan nəqliyyat dəhlizi yeni yükləri cəlb etməlidir – Baş nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2010 17:30 (UTC +04:00)
Azərbaycan-Gürcüstan nəqliyyat dəhlizi yaxın vaxtlarda Rusiya və İran nəqliyyat dəhlizi ilə real rəqabət aparacaq. Bunu Gürcüstan hökumətinin iclasında Baş nazir Nika Qilauri deyib.
Azərbaycan-Gürcüstan nəqliyyat dəhlizi yeni yükləri cəlb etməlidir – Baş nazir

Gürcüstan, Tbilisi, 27 iyul /Trend/

Azərbaycan-Gürcüstan nəqliyyat dəhlizi yaxın vaxtlarda Rusiya və İran nəqliyyat dəhlizi ilə real rəqabət aparacaq. Bunu Gürcüstan hökumətinin iclasında Baş nazir Nika Qilauri deyib.

Gürcü Baş nazir dəqiqləşdirib ki, bu layihədə çoxlu oyunçu var və xüsusilə, özəl şirkətlərlə çətinliklər olub.

"Biz bu nəqliyyat dəhlizinə əlavə yükləri cəlb etmək niyyətindəyik və bizim rəqabət qabiliyyətimizi artırmağımız çox vacibdir", - o bəyan edib və qeyd edib ki, Rusiya və İran nəqliyyat dəhlizindən böyük həcmli yüklərin cəlb edilməsi üzrə işi yaxşılaşdırmaq lazımdır.

Qilauri bildirib ki, Bakıya bu yaxınlarda səfəri zamanı Gürcüstan-Azərbaycan nəqliyyat dəhlizinin inkişafı üzrə işçi qrupu yaradılıb ki, onun vasitəsilə yüklər Avropadan Asiyaya getsin. Onun sözlərinə görə, qrup bu dəhlizə cəlb edilən bütün şirkətlərin işini əlaqələndirəcək.

"Bu, bizim nəqliyyat dəhlizimizin cəlb edilməsinin artırılması üçün bizdən daha çox səy tələb edən çox mühüm layihədir və biz azərbaycanlı həmkarlarımızla bunun üzərində işləyəcəyik", - Qilauri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti