...

Azərbaycanın sığorta şirkəti ilin I yarısında əmlak sığortası üzrə toplanmış mükafatların həcmini 80% artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2010 14:09 (UTC +04:00)
2010-cu ilin iki rübü ərzində aparılmış iş nəticəsində "A-Qroup" Sığorta Şirkəti 5 024 059 manat məbləğində sığorta mükafatı toplayıb ki, bu da öz növbəsində keçən 2009-cu ilin müvafiq dövrünün göstəricilərindən 6% çoxdur. Bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.
Azərbaycanın sığorta şirkəti ilin I yarısında əmlak sığortası üzrə toplanmış mükafatların həcmini 80% artırıb

Azərbaycan, Bakı, 28 iyul /Trend/

2010-cu ilin iki rübü ərzində aparılmış iş nəticəsində "A-Qroup" Sığorta Şirkəti 5 024 059 manat məbləğində sığorta mükafatı toplayıb ki, bu da öz növbəsində keçən 2009-cu ilin müvafiq dövrünün göstəricilərindən 6% çoxdur. Bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.

"A-Qroup" Sığorta Şirkətinə daxil olan ümumi mükafatların əsas hissəsi könüllü tibbi sığorta üzrədir. Belə ki, bu sığorta növü üzrə sığorta mükafatları 4 788 945 manat olub.

Eyni zamanda, ümumi sığorta növləri üzrə də nəzərəçarpacaq artım əldə edilib. Belə ki, əmlak sığortası üzrə sığorta mükafatlarının həcmi 80% faiz artıb.

2010-cu ilin ikinci rübündə "A-Qroup" Sığorta Şirkəti 2 854 399 manat məbləğində sığorta ödənişi edib. Bu da keçən 2009-ci ilin müvafiq dövrünün göstəricilərindən 40% çoxdur.

Xatırladaq ki, 2010-cu il 1 iyul tarixinə olan məlumata əsasən, şirkətin nizamnamə kapitalı 2,65 milyon manat təşkil edir.

İyulun 28-nə rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti