...

Hacıqabul-Bəhramtəpə istiqamətində Kür çayı üzərindəki körpünün bir hissəsinin dağılmasının səbəbi açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2010 15:52 (UTC +04:00)
Körpünün bir hissəsinin dağlması onun üzərindən ağır tonnajlı nəqliyyat vasitələrinin keçməsidir.
Hacıqabul-Bəhramtəpə istiqamətində Kür çayı üzərindəki körpünün bir hissəsinin dağılmasının səbəbi açıqlanıb

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir E.İsmayılov/

Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 8-ci kilometrliyində Kür çayı üzərindəki körpünün bir hissəsinin dağılmasının səbəbi açıqlanıb. Körpünün bir hissəsinin dağlması onun üzərindən ağır tonnajlı nəqliyyat vasitələrinin keçməsidir. Bu barədə cümə günü Azərbaycan Nəqliyyat Nazirliyindəki mənbə deyib.

Mənbənin sözlərinə görə, bununla əlaqədar olaraq avtomobil vasitələrinin körpü üzərindən hərəkəti dayandırılıb və təmir-bərpa işləri başa çatdıqdan sonra hərəkət bərpa ediləcək.

Bu istiqamətdə hərəkətin bərpa edilməsi ən azı üç aydan sonra mümkün olacaq. Təmir-bərpa işləri başa çatanadək sürücülər alternativ yollardan istifadə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti