...

İyunda Bakının rayonlarının heç birində təkrar mənzil bazarı üzrə qiymət artımı qeydə alınmayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2010 15:10 (UTC +04:00)
İyunda Bakının təkrar mənzil bazarında sövdələrin bağlanması dinamikasında may ayına nisbətən cüzi - 0,3 faizlik azalma müşahidə olunub. Bu barədə cümə axşamı "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən bildiriblər.
İyunda Bakının rayonlarının heç birində təkrar mənzil bazarı üzrə qiymət artımı qeydə alınmayıb

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir Ü.İsmayılova/

İyunda Bakının təkrar mənzil bazarında sövdələrin bağlanması dinamikasında may ayına nisbətən cüzi - 0,3 faizlik azalma müşahidə olunub. Bu barədə cümə axşamı "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən bildiriblər.

Təşkilatın ekspertlərinin apardıqları monitorinqin nəticələrinə görə, iyunda Bakının təkrar mənzil bazarında ən köhnə mənzillər üzrə təklif azalıb. Təkliflərin azalması qiymətlərin ucuzlaşmasının qarşısını ala bilməyib. Təkliflərin sabit şəkildə azalmasına baxmayaraq, təkrar bazarda ilkin mənzillərin payı 61,2 faiz təşkil edib.

Bazarda təkliflər 1,4 faiz azalıb, qiymət 1,9 faiz azalıb. İyun ayı ərzində Bakının rayonlarının heç birində qiymət artımı müşahidə olunmayıb, Yasamal rayonunda isə xeyli azalmа - 2,4 faiz müşahidə edilib. Təkrar bazarda mənzillərin bir kvadratmetrinin orta qiyməti may ayındakı 1132 dollara qarşı 1110 dollar təşkil edib.

İyunda təkrar mənzil bazarında otaqların orta göstəricisi 2,53, otaqların orta satış qiyməti - 45 437 dollar, otaqların orta qiyməti - 116 342 dollar olub.

İyunda aktivlik əmsalına görə Bakıda ən cəlbedici rayonlar Xətai, Yasamal, Binəqədi və Nərimanov rayonları olub ki, bu da əsasən, ipoteka kreditləşməsi baxımından səmərəliliyi ilə izah olunur.

Təkliflərin həcminin 1,4 faiz azalması nəticəsində, bazarda təklif olunan mənzillərin sayı 6460 səviyyəsində olub. Bazarın bu seqmentində Yasamal, Nəsimi, Nərimanov və Xətai rayonlarının payı 80,3 faiz təşkil edib.

İyunda Bakının təkrar mənzil bazarında birotaqlı mənzillərin payı 14,8 faiz, ikiotaqlı mənzillərin payı - 37,6 faiz, üçotaqlıların - 39,1 faiz, dördotaqlıların - 7,6 faiz, beşotaqlıların payı isə - 0,8 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti