...

Azərbaycan regionunda sanitariya normalarının pozulması səbəbindən 27 ictimai iaşə obyektinin fəaliyyəti dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2010 20:12 (UTC +04:00)
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Ağsu və Şamaxı rayonlarının İcra hakimiyyətlərinin və yerli polis orqanlarının nümayəndələri ilə birlikdə iyulun 30-31-də rayonların ərazilərində Ağsu aşırımının magistral yol kənarında əhaliyə xidmət göstərən ictimai iaşə obyektlərində keçirilmiş müayinələr zamanı həmin obyektlərdə sanitariya norma və qaydalarının kobud şəkildə pozulması halları aşkar edilib.
Azərbaycan regionunda sanitariya normalarının pozulması səbəbindən 27 ictimai iaşə obyektinin fəaliyyəti dayandırılıb

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Ağsu və Şamaxı rayonlarının İcra hakimiyyətlərinin və yerli polis orqanlarının nümayəndələri ilə birlikdə iyulun 30-31-də rayonların ərazilərində Ağsu aşırımının magistral yol kənarında əhaliyə xidmət göstərən ictimai iaşə obyektlərində keçirilmiş müayinələr zamanı həmin obyektlərdə sanitariya norma və qaydalarının kobud şəkildə pozulması halları aşkar edilib. Bu barədə nazirliyin məlumatında deyilir.

Yol verilmiş nöqsanlarla əlaqədar Ağsu rayonu ərazisində 18 ictimai iaşə obyektinin, Şamaxı rayonu ərazisində isə 9 ictimai iaşə obyektinin fəaliyyəti dayandırılıb.

Həmçinin, Ağsu rayonu ərazisində 2 obyektin, Şamaxı rayonu ərazisində isə 3 obyektin sahibkarı inzibati qaydada cərimə olunub.

Nöqsanların aradan qaldırılması istiqamətində tədbirlərin aparılması Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən nəzarətə götürülüb.

Xəbər lenti

Xəbər lenti