...

"Bank of Baku" "Nümunəvi Müştəri" uduş kampaniyasını davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2010 16:58 (UTC +04:00)
"Bank of Baku" ASC 2008-2009-cu illərdə müştərilər arasında populyarlıq qazanan "Nümunəvi Müştəri" adlı uduş kampaniyasını davam etdirir.
"Bank of Baku" "Nümunəvi Müştəri" uduş kampaniyasını davam etdirir

Azərbaycan, Bakı, 5 avqust /Trend/

"Bank of Baku" ASC 2008-2009-cu illərdə müştərilər arasında populyarlıq qazanan "Nümunəvi Müştəri" adlı uduş kampaniyasını davam etdirir. Bu barədə bankın cümə axşamı yayılan məlumatında deyilir.

Kampaniya bankda uduş gününədək aktiv istehlak krediti olan müsbət kredit tarixçəsinə malik müştərilərə, bir sözlə, ödəniş qrafiki üzrə gecikməsi olmayan müştərilərə şamil edilir.

"Bank daim öz müştərilərinin qayğısına qalır, məsuliyyət və vaxtında aparılan ödənişlərə görə onları yüksək qiymətləndirir və minnətdarlıq nişanəsi olaraq "Nümunəvi Müştəri" adlı kampaniyasına yenidən start verir", - məlumat verir.

Bankın növbəti həvəsləndirici aksiyası 5 avqust 2010 - 5 avqust 2011-ci illər tarixlərində keçiriləcək. Bu müddət ərzində "Nümunəvi Müştəri" kampaniyasının 12 uduşu olacaq. Kampaniyanın uduşları 01.10.2010, 05.11.2010, 03.12.2010, 07.01.2011, 04.02.2011, 04.03.2011, 01.04.2011, 06.05.2011, 03.06.2011, 01.07.2011, 05.08.2011 tarixlərinə təsadüf edəcək. Birinci uduş isə 3 sentyabr 2010-cu il tarixinə planlaşdırılıb.

Beləliklə, kampaniya ərzində keçirilən uduşlarda qalib gələn kredit müştərilərinə 1000 manat, digər 5 müştərinin hər birinə isə 200 manat məbləğində pul hədiyyəsi veriləcək. Uduş fondunun ümumi məbləği keçən il ilə müqayisədə təxminən 2 dəfə artırılıb və hazırda 24 min manat təşkil edir.

"Nümunəvi Müştəri" kampaniyası müştərilərin kredit üzrə borcları vaxtında ödəmək motivasiyasını artırmağa yönəlmiş həvəsləndirici bir aksiyadır. "Bank of Baku" Azərbaycanın istehlak kreditləri bazarında fəaliyyət göstərən ən aktiv banklarından biridir. 2010-cu ilin iyul ayının 1-nə olan göstəricilərə görə bankın kredit portfeli 159 603 min manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti