...

Azərbaycanda sığorta şirkətlərində rəhbər vəzifələrin tutulması üzrə namizədlərin növbəti imtahanı elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2010 19:44 (UTC +04:00)
Azərbaycan Maliyyə Nazirliyi "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə, həmçinin, "Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün attestasiyanın təşkili və keçirilməsi qaydaları"na uyğun olaraq, 20 avqust 2010-cu il tarixdə növbəti test imtahanı keçirəcək. Bu barədə nazirlik yanında fəaliyyət göstərən Sığorta Nəzarəti Dövlət Xidmətinin çərşənbə axşamı rəsmi saytında dərc edilən məlumatda deyilir.
Azərbaycanda sığorta şirkətlərində rəhbər vəzifələrin tutulması üzrə namizədlərin növbəti imtahanı elan edilib

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir A.Axundov/

Azərbaycan Maliyyə Nazirliyi "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə, həmçinin, "Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün attestasiyanın təşkili və keçirilməsi qaydaları"na uyğun olaraq, 20 avqust 2010-cu il tarixdə növbəti test imtahanı keçirəcək. Bu barədə nazirlik yanında fəaliyyət göstərən Sığorta Nəzarəti Dövlət Xidmətinin  çərşənbə axşamı rəsmi saytında dərc edilən məlumatda deyilir.

Əvvəlki imtahanlarda iştirak etmiş, lakin keçməmiş və ya sənədləri nazirliyə tam olaraq təqdim olunmuş şəxslər də iştirak üçün 19 avqust 2010-cu il saat 11:00-dək Dövlət Sığorta Nəzarəti Xidməti ilə aşağıdakı telefon nömrələri və ya e-mail vasitəsilə əlaqə saxlayaraq, imtahanda iştirak edəcəklərini təsdiq etməlidirlər:
(+99412) 404 46 99 (daxili nömrələr 256 və ya 254),
[email protected]

Sənədlərini nazirliyə tam şəkildə təqdim etməmiş şəxslər (agentlər üçün - VÖEN-in notarial qaydada təsdiq olunmuş surəti istisna olmaqla) imtahana buraxılmayacaqlar.
Tələb olunan sənədlərin siyahısı ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:

http://www.sigorta.maliyye.gov.az/?/az/mainpage/more/

Xəbər lenti

Xəbər lenti