...

Azərbaycanın istehlak bazarından 716 kq vaxtıötmüş ərzaq malları satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Avqust 2010 19:23 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən pərakəndə satış obyektlərində vaxtıötmüş və normativ sənədlərin tələblərinə cavab verməyən 716 kiloqram ərzaq malları aşkar olunub. Bu barədə nazirliyin cümə axşamı yayılan məlumatında deyilir.
Azərbaycanın istehlak bazarından 716 kq vaxtıötmüş ərzaq malları satışdan çıxarılıb

Azərbaycan, Bakı, 12 avqust /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən pərakəndə satış obyektlərində vaxtıötmüş və normativ sənədlərin tələblərinə cavab verməyən 716 kiloqram ərzaq malları aşkar olunub. Bu barədə nazirliyin cümə axşamı yayılan məlumatında deyilir.

Ət və ət məhsulları, şəkər, bal və qənnadı məhsulları, süd və süd məhsulları, balıq məhsulları, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər və s. satışdan çıxarılaraq məhv edilib.

Əhalinin istehlakçı hüquqlarının pozulması faktları Bakının Nərimanov, Sabunçu, Yasamal, Nəsimi rayonlarında, eləcə də Kürdəmir, İmişli, Masallı şəhərlərində və Tərtər, Xaçmaz rayonlarında aparılan monitorinqlər zamanı aşkarlanıb.

İstehlakçı hüquqlarını pozan şəxslər barəsində inzibati tədbirlər görüləcək.

Dövlət xidməti istehlakçılardan diqqətli olmağı, keyfiyyətsiz və ya vaxtıötmüş məhsulun satılması faktı aşkar edildikdə 498-15-01 və 498-15-04 telefon nömrələrinə zəng etmələrini xahiş edir.

Xəbər lenti

Xəbər lenti