...

Azərbaycan regionunda elektron ticarət portalının imkanları təqdim edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Avqust 2010 18:00 (UTC +04:00)
Azərbaycanın Qazax rayonunda İqtisadi İnkişaf Nazirliyi yanında Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə "Elektron ticarət və onun sahibkarlıq fəaliyyətinin inkişafında rolu" mövzusunda treninq keçirilib.
Azərbaycan regionunda elektron ticarət portalının imkanları təqdim edilib

Azərbaycan, Bakı, 23 avqust /Trend/

Azərbaycanın Qazax rayonunda İqtisadi İnkişaf Nazirliyi yanında Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə "Elektron ticarət və onun sahibkarlıq fəaliyyətinin inkişafında rolu" mövzusunda treninq keçirilib. Bu barədə nazirliyin bazar ertəsi yayılan məlumatında deyilir.

Tədbirdə Bakı Biznes Tədris Mərkəzinin nümayəndələri ilə yanaşı, sahibkarlar da iştirak edib.

Treninqdə İqtisadi İnkişaf Nazirliyi və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə yaradılmış elektron ticarət portalının təqdimatı keçirilib. "www.b2b.az" portalı üç dildə - Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir. Orada sahibkarlar bütün məlumatları pulsuz yerləşdirə bilərlər, regionlardakı fermerlər isə internetə daxilolma imkanı omadığı təqdirdə, fondun regional nümayəndəliklərində xidmətlərdən istifadə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti