...

Azərbaycanın regional bankı kənd təsərrüfatının kreditləşməsini prioritet qismində müəyyən edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Avqust 2010 15:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir N.İsmayılova/

Azərbaycan bankı "Gandja Bank" ilin əvvəlindən etibarən, kənd təsərrüfatı sektorunun maliyyələşməsinə 850 min manatdan çox kredit ayırıb. Bu barədə bankdan deyiblər.

"Kənd təsərrüfatı sektorunda layihələrin maliyyələşməsi bank üçün prioritetdir, çünki ilin əvvəlindən etibarən, bu sektorun inkişafına bankın öz vəsaitləri hesabına ayırdığı kreditlərin məbləği 400 min manat, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 450 min manatdan artıqdır", - bankdan bildiriblər.

Hazırda bankın ümumi kredit portfeli 29 milyon manatdır.

"Gandja Bank" 1994-cü ildən fəaliyyət göstərir. Baş ofis Gəncə şəhərində yerləşir. Bankın nizamnamə kapitalı 15 milyon manat təşkil edir. Bu gün Gəncə, Şəmkir, Bərdə və Kəpəzdə bankın 4 filialı fəaliyyət göstərir.

Avqustun 24-nə cari məzənnə 0,8039 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti