...

Azərbaycanda tikinti üçün iki dövlət standartı təsdiq olundu

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2010 17:36 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu tərəfindən təqdim edilmiş AZS 21.501-2010 və AZS 21.508-2010 Dövlət standartlarını təsdiq edib.

Аzərbaycan, Bakı, 2 sentyabr /Trend/

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu tərəfindən təqdim edilmiş AZS 21.501-2010 və AZS 21.508-2010 Dövlət standartlarını təsdiq edib. Bu barədə cümə axşamı Dövlət Komitəsindən verilən məlumatda deyilir.

AZS 21.501-2010 "Tikinti üçün layihə sənədləri sistemi. Memarlıq-tikinti işçi cizgilərinin işlənilməsi qaydaları" standartdır.

AZS 21.508-2010 isə "Tikinti üçün layihə sənədləri sistemi. Müəssisə, qurğu və mülki-mənzil obyektlərinin baş planlarının işçi sənədlərinin yerinə yetirilməsi qaydaları" standartıdır.

"Tikinti üçün layihə sənədləri sistemi. Memarlıq-tikinti işçi cizgilərinin işlənilməsi qaydaları" standartının tələbinə əsasən metal konstruksiyaların işçi cizgilərinin işlənməsində tikinti üçün layihə sənədləri sisteminin müvafiq standartlarını rəhbər tutmaq lazımdır.

"Tikinti üçün layihə sənədləri sistemi. Müəssisə, qurğu və mülki-mənzil obyektlərinin baş planlarının işçi sənədlərinin yerinə yetirilməsi qaydaları" standartı isə müxtəlif təyinatlı müəssisə, qurğu və mülki-mənzil obyektlərinin baş planlarının işçi sənədlərinin tərkibini və yerinə yetirilmə qaydalarını müəyyənləşdirir.

Standartların tətbiqi vaxtı 1 sentyabr 2010-cu ildən müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti