...

Dağıstanda yubanan Azərbaycan qatarları marşrut üzrə hərəkətlərini davam etdiriblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2010 18:57 (UTC +04:00)
Dağıstan ərazisində Sankt-Peterburq - Bakı marşrütu üzrə hərəkət edən qatardan Bakı-Moskva qatarına köçürülən sərnişinlər qatarla birgə artıq Azərbaycan paytaxtına istiqamət götürüblər.
Dağıstanda yubanan Azərbaycan qatarları marşrut üzrə hərəkətlərini davam etdiriblər

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir E.İsmayılov/

Dağıstan ərazisində Sankt-Peterburq - Bakı marşrütu üzrə hərəkət edən qatardan Bakı-Moskva qatarına köçürülən sərnişinlər qatarla birgə artıq Azərbaycan paytaxtına istiqamət götürüblər. Bu barədə çərşənbə axşamı "Azərbaycan Dəmir Yolları"QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Bu gün Dağıstan ərazisində yük qatarının partladılması, relsdən teplovozun və bir neçə vaqonun çıxması ilə əlaqədar Sankt-Peterburq - Bakı qatarının sərnişinləri Bakı-Moskva qatarına keçiriliblər. Öz növbəsində, Bakı-Moskva qatarının sərnişinlərini Moskva istiqamətində gedən Sankt-Peterburq - Bakı qatarına keçiriblər.

"Sərnişinlərin keçirilməsi prosesi başa çatıb və hərəkət artıq başlayıb", - Əzməmmədov qeyd edib.

Onun sözlərinə görə, Bakı-Moskva sərnişin qatarı paytaxta gecə gələcək və sərnişinlərin tez çatdırılması məqsədilə qatarın sürətinin artırılması üçün bütün şərait yaradılacaq.

"Yaxın saatlarda Azərbaycan və Rusiya arasında dəmiryol xətti tam bərpa ediləcək və digər reyslərin həyata keçirilməsi üçün problem gözlənilmir", - Əzməmmədov qeyd edib.

Son vaxtlar Dağıstan ərazisində partlayış halları çoxalıb. Partlayışlar qatarların hərəkət qrafikinə mənfi təsir göstərməklə yanaşı, əhalini bu nəqliyyat növündən istifadə etməklə bağlı qorxuya salır.

Xəbər lenti

Xəbər lenti