Azərbaycan, Bakı, 8 sentyabr /Trend/
Azərbaycan Beynəlxalq Bankının törəmə strukturu "ABB-Moskva" "Gömrük ödəmə sistemi" MMC ilə "Yaşıl dəhliz" bank kartlarının buraxılmasına və xidmətin göstərilməsinə dair saziş imzalayıb. Bu barədə bankın məlumatında deyilir.
Məlumatda deyildiyinə görə, artıq bankın sistemə texniki inteqrasiya prosesi başlayıb.
"Yaşıl dəhliz" bank kartı elektron terminallar və ya digər qurğular vasitəsilə pul vəsaitlərinə daxil olmaq və kart sahibinə gömrük ödəmələrini etməyə və gömrük məqsədləri üçün pul vəsaitlərini ehtiyatda saxlamaq imkanı verən mikroprosessor plastik kartıdır.
"ABB-Moskva", Azərbaycan Beynəlxalq Bankının törəmə strukturu olmaqla, Rusiya ərazisində fəaliyyətini yüzfaizlik Azərbaycan kapitalı ilə həyata keçirən ilk və yeganə bankdır.