...

Asiyadan investisiyaların cəlb olunması Gürcüstan üçün prioritet olacaq - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2010 16:03 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 8 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Asiya ölkələri investisiya nöqteyi-nəzərindən Gürcüstan üçün prioritet olacaq. Bu barədə çərşənbə günü Gürcüstanın iqtisadi inkişaf naziri Vera Kobaliya Gürcüstan diplomatik korpusunun nümayəndələri ilə görüşdə bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə xaricə təyin olunmuş səfirliklər arasında sıx əməkdaşlıq vacibdir.

"Biz səfirləri nəqliyyat və turizm, həmçinin, bütünlüklə iqtisadiyyatın inkişafı sahəsində məlumatlandıracağıq və Gürcüstana biznesmenlər və investisiyanın necə cəlb olunması ilə tanış edəcəyik", - Kobaliya deyib.

Onun sözlərinə görə, əgər bu vaxta qədər Gürcüstan üçün Avropa və ABŞ prioritet idisə, indi ölkə Asiyanın potensial investorları ilə çalışacaq.

"Plan sadə, eyni zamanda ətraflıdır. Bu plan çərçivəsində biz Gürcüstan hökuməti, o cümlədən mənimlə və Gürcüstan Prezidenti ilə görüşü təklif edəcəyimiz konkret biznesmenlər və investorlarla əlaqə yaratmağı planlaşdırırıq", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti