...

Azərbaycan bankı "Expressbank" VISA plastik kartlarının emissiyasına başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2010 13:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan bankı "Expressbank" ASC "VISA International" beynəlxalq ödəniş sisteminin plastik kartlarının emissiyasına başlayır. Bu barədə "MilliKart" Prosessinq Mərkəzinin məlumatında deyilir.

"Bank sentyabrın 6-da "VISA Inc." beynəlxalq kart təşkilatında "VSDC (VISA Smart Debit/Credit) çip kartların emissiyası və ATM ekvayrinq"i üzrə sertifikasiya lahiyəsini tamamlayıb", - məlumatda qeyd olunub.

Bank "MilliKart" Prosessinq Mərkəzinin üzvüdür və 2009-cu ilin avqustunda "VISA International"ın tamhüququlu üzvü olub. "Expressbank" Visa Electron, Visa Classic, Visa Gold, Visa Platinum və Visa Business plastik kartlarının emissiyasına başlamağı planlaşdırır.

Əvvəllər "Azərnəqliyyatbank" adlandırılan "Expressbank" 1989-cu ildə kommersiya bankı kimi təsis edilib. Bank 2005-ci ildə açıq səhmdar cəmiyyətinə çevrilib.

Xəbər lenti

Xəbər lenti