...

Azərbaycanın əmək nazirinin müavini Dünya Bankının vitse-prezidentini qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2010 19:56 (UTC +04:00)
Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Filip Le Uerunu qəbul edib.
Azərbaycanın əmək nazirinin müavini Dünya Bankının vitse-prezidentini qəbul edib

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Filip Le Uerunu qəbul edib. Bu barədə nazirliyin bazar ertəsi yaydığı məlumatda deyilir.

Görüşdə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Aləm və Dünya Bankının ölkə üzrə meneceri Cozef Ouen də iştirak ediblər.

Dünya Bankının nümayəndələrinə nazirliyin Pensiya və Sosial Təminat Layihəsinin köməyi ilə yaradılmış daxili şəbəkəsi (WAN) nümayiş etdirilib.

Görüşdə nazirliyin aparatında və regionlardakı mərkəzlərdə quraşdırılmış xüsusi videokonfrans sistemi və ikitərəfli videozəng sistemi nümayiş olunub, nazirliyin Gəncə və Göyçay rayonlarındakı strukturları ilə videobağlantı qurulub, ünvanlı sosial yardım almaq üçün müraciət edən vətəndaşlarla əlaqə yaradılıb.

Xəbər lenti

Xəbər lenti