...

"Atəşgah" Sığorta Şirkəti Bakının 10-dan çox mərkəzi məktəbində 1-ci sinif şagirdlərini təbrik edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2010 14:23 (UTC +04:00)
Azərbaycanın sığorta bazarının liderlərindən biri olan “Atəşgah” sığorta şirkəti yetişən nəslə qayğı işində əhəmiyyətli rol oynayaraq, ölkə əhalisinin qayğısına qalmağı davam etdirir. Beləliklə, yeni sığorta məhsullarının işlənməsi sahəsində şirkət uşaqların bədbəxt hadisələrdən sığortalanması üzrə “Arxayın valideyn” məhsulunu hazırlayıb. Bu barədə şirkətdən verilən məlumatda deyilir. Mövcud məhsulun nadirliyi ondan ibarətdir ki, istənilən valideyn 2 yaşından 18 yaşa qədər olan övladını bədbəxt hadisədən bir il müddətinə, cəmi 19 manata asanlıqla sığortalaya bilər.
"Atəşgah" Sığorta Şirkəti Bakının 10-dan çox mərkəzi məktəbində 1-ci sinif şagirdlərini təbrik edib

Bakı, Azərbaycan, 15 sentyabr /Trend/

Azərbaycanın sığorta bazarının liderlərindən biri olan "Atəşgah" sığorta şirkəti yetişən nəslə qayğı işində əhəmiyyətli rol oynayaraq, ölkə əhalisinin qayğısına qalmağı davam etdirir. Beləliklə, yeni sığorta məhsullarının işlənməsi sahəsində şirkət uşaqların bədbəxt hadisələrdən sığortalanması üzrə "Arxayın valideyn" məhsulunu hazırlayıb. Bu barədə şirkətdən verilən məlumatda deyilir. Mövcud məhsulun nadirliyi ondan ibarətdir ki, istənilən valideyn 2 yaşından 18 yaşa qədər olan övladını bədbəxt hadisədən bir il müddətinə, cəmi 19 manata asanlıqla sığortalaya bilər.

Mövcud layihə çərçivəsində paytaxtın 10-dan çox mərkəzi məktəbində şagird, pedaqoq və valideynlər arasında bu sığorta növünün əhəmiyyətini çatdırmaq üçün geniş aksiya keçirilib. Çoxlu hədiyyələr, məlumat vərəqələri paylanılıb, maraqlanan valideynlərlə fərdi söhbətlər təşkil olunub. Bu aksiyanın əsas məqsədi əhaliyə uşaqların bədbəxt hadisələrdən sığortalanmasının yüksək əhəmiyyəti, onun ölkənin nəsil fondunun inkişafı və gələcək nəslə ümumi qayğıda mühüm rolu haqqında ətraflı məlumat verməkdir.

Qeyd edək ki, "Arxayın valideyn" məhsulu ilə yanaşı, "Atəşgah" sığorta şirkəti bazara daha 2 məhsul təqdim edib: avtonəqliyyat vasitələrinin sığortalanması üzrə "Arxayın sürücü" və əmlak sığortası üzrə "Arxayın sakin" məhsulları.

"Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin dekabrında yaradılıb. Azərbaycanda həyat üzrə "Atəşgah həyat" özəlləşmiş sığorta şirkəti "Atəşgah" Sığorta Qrupunun tərkibinə daxildir. "Atəşgah" Sığorta Şirkəti fiziki və hüquqi şəxslərə sığortanın 21 növü üzrə xidmət təqdim edir. Birinci yarımilin yekunlarına görə, şirkət ölkənin sığorta bazarında sığorta haqlarını toplamaq üzrə üçüncü yeri tutur. "Atəşgah"ın Bakıda 5 ofisi, Azərbaycan ərazisində 6 regional nümayəndəliyi var.

Xəbər lenti

Xəbər lenti