...

Azərbaycanda 400 kiloqrama yaxın saxlama müddəti ömüş ərzaq malları satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2010 20:06 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti pərakəndə satış obyektlərindən 400 kiloqrama yaxın saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq mallarını satışdan çıxarıb.
Azərbaycanda 400 kiloqrama yaxın saxlama müddəti ömüş ərzaq malları satışdan çıxarılıb

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti pərakəndə satış obyektlərindən 400 kiloqrama yaxın saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq mallarını satışdan çıxarıb. Bu barədə nazirliyin cümə axşamı yaydığı məlumatda deyilir.

Satışdan qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, konservləşdirilmiş məhsullar, uşaq yeməkləri, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

İstehlakçı hüquqlarının pozulması faktları Bakının Nizami, Sabunçu (Balaxanı qəsəbəsi), Xətai rayonlarında, eləcə də Şəki, Siyəzən, Ağdaş, Tovuz və Beyləqan şəhərlərində və Ağdam rayonunda aparılan monitorinqlər zamanı aşkar edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti