...

XVI Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi "BIHE-2010"-un ekspozisiya ərazisi 20 faizədək artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2010 20:03 (UTC +04:00)
XVI Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi "BIHE-2010"-un ekspozisiya ərazisi 20 faizədək artıb. Bu barədə "BIHE-2010" sərgisinin açılışına həsr edilən mətbuat konfransında "Iteca Caspian LLC" şirkətinin icraçı direktoru Fərid Məmmədov deyib.
XVI Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi "BIHE-2010"-un ekspozisiya ərazisi 20 faizədək artıb

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir H.Vəliyev/

XVI Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi "BIHE-2010"-un ekspozisiya ərazisi 20 faizədək artıb. Bu barədə "BIHE-2010" sərgisinin açılışına həsr edilən mətbuat konfransında "Iteca Caspian LLC" şirkətinin icraçı direktoru Fərid Məmmədov deyib.

"BIHE-2010" sərgisi "Iteca Caspian LLC"nin say etibarilə keçirdiyi birinci sərgidir. O, sentyabrın 22-dən 24-dək "Bakı Ekspo Mərkəzi"ndə keçiriləcək.

Məmmədovun sözlərinə görə, əksər dünya ölkələrinin iqtisadiyyatına və fəaliyyətin müxtəlif sahələrinə, o cümlədən sərgi sənayesinə təsir edən mənfi proseslərə baxmayaraq, Azərbaycanda əksinə olaraq artım müşahidə edilməkdədir ki, burada da yeni "Bakı Ekspo Mərkəzi" sərgi kompleksinin bilavasitə töhfəsi var.

"Bu il sərgi 19 ölkədən 105 iştirakçını toplayıb. Sərgiyə ənənəvi olaraq dəstəyi 16 ildir ki Azərbaycan Səhiyyə Nazirliyi göstərir. "BIHE-2010" sərgisi ilə paralel olaraq V Yubiley Azərbaycan Beynəlxalq Stomatologiya Sərgisi və IV Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Təbabət Sərgisi keçiriləcək", - Məmmədov qeyd edib.

"Stomatologiya" sərgisi çərçivəsində Azərbaycan Stomatologiya Assosiasiyasının dəstəyi ilə "Dünya nailiyyətləri fonunda stomatologiyanın aktual problemləri" adlı XVI Beynəlxalq Stomatoloji Konfrans da keçiriləcək. Azərbaycan, Rusiya və Türkiyənin Tibb universitetlərindən 100-dən artıq nümayəndə heyətinin toplaşacağı bu konfrans sentyabrın 23-də "Bakı Ekspo Mərkəzi" sərgi kompleksinin konfrans zalında təşkil olunacaq.

Beynəlxalq Gözəllik və Estetik Təbabət Sərgisi çərçivəsində estetik təbabət, makiyaj və tatuaj üçün nəzərdə tutulmuş avadanlıq və preparatlar, gözəllik salonları üçün alətlər, avadanlıqlar və xidmətlər, dırnaqlara qulluq xidməti və avadanlıqları, kosmetik avadanlıqlar, kosmetologiya, təbii kosmetika, müalicə-profilaktik və sağlamlaşdırıcı fitokosmetika, aromaterapiya, mezoterapiya, talassoterapiya, habelə gigiyena vasitələri, pəhriz qidaları/məhsulları, uşaqlara qulluq üçün məhsullar və bir çox digər bölmələr təqdim olunacaq.

Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin sözlərinə görə, sərgidə tibbi avadanlıqların dünya istehsalçılarının iştirakı səhiyyə islahatlarında mühüm rol oynayır. Nazirliyin mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, son dörd il ərzində 400-dən çox səhiyyə müəssisəsi tikilib və bərpa olunub. Müntəzəm olaraq beynəlxalq standartlara cavab verən texniki avadanlıqlar üzərində də iş aparılır.

"Səhiyyə Nazirliyi həm paytaxt, həm də regional tibb müəssisələrinin texniki təchizatına böyük diqqət yetirir. Sərgidə iştirak edən tibb avadanlıqları istehsal edən şirkətlər nazirliyin tez-tez keçirdiyi tibbi müəssisələrin zəruri tibbi avadanlıqlarla təchiz olunması üzrə tədbirlərin iştirakçısına çevrilirlər. Səhiyyə sahəsində texnoloji inkişaf tendensiyası onu deməyə əsas verir ki, bir il əvvəl istifadə olunan texnika və avadanlıq qısa müddət ərzində demək olar köhnəlmiş hesab olunur", - Qədirli qeyd edib.

Onun sözlərinə görə, keçirilən sərginin əhəmiyyəti tibbi heyətin ixtisas biliklərinin artırılmasından ibarətdir, belə ki, yeni texnologiya ilə işləmək üçün ixtisas tələb olunur.

"BIHE-2010" ilk dəfə olaraq "Bakı Ekspo Mərkəzi"də keçiriləcək. Yerli istehsalçı və distribüterlar sərginin ümumi ərazisinin 40 faizini tutacaqlar. İştirakçılarının 35 faizi BIHE debutantlarıdır. Onlardan biri Bavariyanın milli stendidir. Onun iştirakı Bavariya Federal İqtisadiyyat Nazirliyinin dəstəyi ilə təşkil edilib.

Dərman ləvazimatlarının geniş çeşidini Belarus, Rusiya, Ukrayna və digər ölkələrin əsas əczaçılıq şirkətləri nümayiş etdirəcək.

Sərginin ekspozisiyasına daxildir: tibb və laboratoriya avadanlıqları, aptek və tibb müəssisələri üçün mebel, farmakoloji, gigiyena və dezinfeksiya preparatları.

"Iteca Caspian" şirkətinin Azərbaycanda keçirdiyi sərgilər çərçivəsində iştirakçı şirkətlərə öz orijinal məhsullarını daha geniş nümayiş etdirməyə imkan verəcək "İnnovasiyalar ərazisi" yeni proqramı fəaliyyət göstərəcək. Sərgi çərçivəsində yeni mal və texnologiyaları nümayiş etdirən şirkətlər həm stenddə, həm də sərgi planında xüsusi işarə ilə qeyd ediləcək.

Xəbər lenti

Xəbər lenti