...

Azərbaycan Nəqliyyat Nazirliyi ölkənin yol sektorunun Baş planını hazırlamaq üzrə maraq sorğusu elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2010 11:49 (UTC +04:00)
Azərbaycan Nəqliyyat Nazirliyinin “Azəryolservis” SC Azərbaycan yol sektorunun baş planını hazırlamaq üçün konsultant seçimi üzrə maraq sorğusu elan edib
Azərbaycan Nəqliyyat Nazirliyi ölkənin yol sektorunun Baş planını hazırlamaq üzrə maraq sorğusu elan edib

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Azərbaycan Nəqliyyat Nazirliyinin "Azəryolservis" SC Azərbaycan yol sektorunun baş planını hazırlamaq üçün konsultant seçimi üzrə maraq sorğusu elan edib.

Baş planın hazırlanmasını Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən ayrılmış vəsait hesabına ikinci yol layihəsi çərçivəsində həyata keçirmək planlaşdırılır.

Əsas məqsəd - sağlam maliyyə şərtlərində nəqliyyat strategiyası və iqtisadiyyatın hərtərəfli inkişafı üzrə hökumətin planına müvafiq yol strategiyası sektorunun hazırlanmasıdır. Sənəddə avtomobil yollarının maliyyələşdirilməsinin vacibliyi və onların təminatı üçün Baş planın hazırlanmasına baxılacaq.

Sənədlər cari ilin 8 oktyabrına kimi aşağıdakı ünvana təqdim olunmalıdır:

Azərbaycan Nəqliyyat Nazirliyi,

"Azəryolservis" SC,

Azərbaycan, AZ 1010 Bakı,

küç. Üzeyir Hacıbəyov, 72/4,

tel.: (+99412) 493 00 45,

faks: (+99412) 493 46 65

E-mail: [email protected]

Əlavə məlumat almaq üçün Bakı vaxtı ilə 10:00-dan 16:00-dək yuxarıda göstərilən əlaqə ünvanlarına müraciət etmək olar.

Xəbər lenti

Xəbər lenti