...

2011-ci ildə Azərbaycan Almaniyaya biznesin idarə edilməsi sahəsində təhsil almaq üçün menecerlərin daha üç qrupunu göndərməyi planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2010 16:02 (UTC +04:00)
2011-ci ildə Azərbaycan biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə ikitərəfli Azərbaycan-Almaniya proqramı çərçivəsində Almaniyaya ixtisasartırma kursuna menecerlərin daha üç qrupunu göndərməyi planlaşdırır.
2011-ci ildə Azərbaycan Almaniyaya biznesin idarə edilməsi sahəsində təhsil almaq üçün menecerlərin daha üç qrupunu göndərməyi planlaşdırır

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir N.İsmayılova/

2011-ci ildə Azərbaycan biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə ikitərəfli Azərbaycan-Almaniya proqramı çərçivəsində Almaniyaya ixtisasartırma kursuna menecerlərin daha üç qrupunu göndərməyi planlaşdırır. Bu barədə çərşənbə axşamı Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov bildirib.

"Menecerlərin iki qrupu ingilis dilində ixtisasartırma treninqlərində iştirak edəcək, eləcə də menecerlərin bir qrupu üçün aqrobiznes sahəsində rus dilində treninq təşkil ediləcək", - Fərruxov qeyd edib.

Sentyabrın 28-də Bakıda 2009-cu ildə Almaniyada təcrübə keçən 16 gənc Azərbaycan meneceri üçün ixtisasartırma kursunun effektivliyinin qiymətləndirilməsinə həsr edilən seminar keçirilib. Proqram Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Almaniyan Federal İqtisadiyyat və Texnologiya Nazirliyi arasında biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə 2009-cu ildə imzalanan memorandum çərçivəsində həyata keçirilir.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımovun sözlərinə görə, proqramın həyata keçirilməsi iki ölkə arasında iqtisadi münasibətlərin, iki ölkə sahibkarları arasında əlaqələrin inkişafı, eləcə də Azərbaycan menecerlərini Almaniyanın aparıcı şirkətlərində beynəlxalq təcrübə ilə tanış etmək üçün böyük əhəmiyyətə malikdir .

2009-cu ilin oktyabr-noyabr aylarında Almaniyada keçirilən treninqlərdə 16, 2010-cu ilin iyun-iyulunda isə 20 Azərbaycan meneceri iştirak edib. Almaniya belə proqramları 13 ölkə ilə əməkdaşlıq çərçivəsində həyata keçirir.

Xəbər lenti

Xəbər lenti