...

Azərbaycanda böyük həcmdə vergidən yayınma faktı üzrə cinayət işinin araşdırılması tamamlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2010 16:00 (UTC +04:00)
Azərbaycan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində İsmayılov Fəxrəddin barəsində başlanmış cinayət işi üzrə araşdırma tamamlanıb.
Azərbaycanda böyük həcmdə vergidən yayınma faktı üzrə cinayət işinin araşdırılması tamamlanıb

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Azərbaycan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində İsmayılov Fəxrəddin barəsində başlanmış cinayət işi üzrə araşdırma tamamlanıb. Bu barədə cümə axşamı nazirlikdən verilən məlumatda deyilir.

"Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, "Tikinti Quraşdırma-TŞ", "BT İnşaat", "Boldeks", "Təminat 4" , "Fitex", "Optimus 2008" və "Bakı 2009" MMC-nin direktoru İsmayılov Fəxrəddin Eldar oğlu qeyd olunan təşkilatların mühasibat sənədlərinə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatları daxil etməklə külli miqdarda dövlət büdcəsinə ödənilməli olan vergidən yayınıb", - məlumatda deyilir.

İstintaq zamanı İsmayılov Fəxrəddin Eldar oğlunun törətdiyi cinayət faktları ilə bağlı başlanmış muxtəlif cinayət işləri bir icraatda birləşdirilib, zəruri araşdırma hərəkətləri yerinə yetirilib, müvafiq ekspertizalar keçirilib və onun cinayət əməlləri təkzibolunmaz sübutlarla təsdiq edilib. İsmayılova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ittiham elan olunub.

Cinayət işi ittiham aktı ilə birlikdə baxılması üçün Respublika Baş Prokurorluğuna göndərilib.

Xəbər lenti

Xəbər lenti