...

Yaxın vaxtlarda Bakıya 3000 yeni taksi gətiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2010 19:17 (UTC +04:00)
Bakıya paytaxtda taksi kimi istifadə olunacaq "London Taxi TX-4 avto" avtomobillərinin ilk 12 ədədi gətirilib.
Yaxın vaxtlarda Bakıya 3000 yeni taksi gətiriləcək

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Bakıya paytaxtda taksi kimi istifadə olunacaq "London Taxi TX-4 avto" avtomobillərinin ilk 12 ədədi gətirilib. Bu barədə cümə axşamı Azərbaycan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda Bakıya 3000 minə yaxın analoji avtomobil gətiriləcək. Nəticədə Bakıda taksilər eyni avtomobillərdən istifadə edəcəklər.

Həsənovun sözlərinə görə, yeni avtomobillərin Bakıda taksiyə olan tələbatı tam ödəyə bilməsə, hər yerdə tələblərə cavab verən mövcud taksilərdən istifadə olunacaq.

"Yeni taksilər Azərbaycanın rayonları üçün də alınacaq", - Həsənov qeyd edib.

Xəbər lenti

Xəbər lenti