...

Azərbaycanda "bir pəncərə" prinsipinin tətbiqi təcrübəsi İran üçün maraq doğurur – İran Gömrük Administrasiyası

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2010 15:30 (UTC +04:00)
Azərbaycan və İranın gömrük xidmətləri sıx və uğurla əməkdaşlıq etməkdə davam edirlər. Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müavini general-leytenant Əsgər Abdullayev Bakıda İran Gömrük Administrasiyasının rəhbəri Məhəmməd Rza Nasirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib. Məlumatı şənbə günü komitənin mətbuat xidməti yayıb.
Azərbaycanda "bir pəncərə" prinsipinin tətbiqi təcrübəsi İran üçün maraq doğurur – İran Gömrük Administrasiyası

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, A.Axundov/

Azərbaycan və İranın gömrük xidmətləri sıx və uğurla əməkdaşlıq etməkdə davam edirlər. Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müavini general-leytenant Əsgər Abdullayev Bakıda İran Gömrük Administrasiyasının rəhbəri Məhəmməd Rza Nasirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib. Məlumatı şənbə günü komitənin mətbuat xidməti yayıb.

"Tərəflər arasında heç bir ciddi problem yoxdur və bütün məsələlər qarşılıqlı surətdə həll edilir", - Abdullayev görüşdə bəyan edib.

Onun sözlərinə görə, Azərbaycanda 2007-2011-ci illər üçün gömrük xidmətinin işinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı təsdiq edilib, eləcə də ötən ilin əvvəlindən ölkənin sərhədlərində buraxılış məntəqələrindən keçən nəqliyyat vasitələrinə və mallara "bir pəncərə" prinsipinin tətbiqinə başlanılıb.

İndi Azərbaycanın gömrük xidmətinin məqsədlərindən biri "elektron gömrük"ün yaradılmasından ibarətdir", - sədr müavini vurğulayıb.

"Bu istiqamətdə lazımi iş aprılır, eləcə də hüquqi bazanın və informasiya-kommunikasiya texnologiyasının tətbiqi sahəsində davamlı addımlar atılır", - Abdullayev qeyd edib.

Məhəmməd Raza Nasiri bildirib ki, İran və Azərbaycanın gömrük xidmətləri arasında əlaqələrin genişləndirilməsi üçün heç bir maneə yoxdur.

Onun sözlərinə görə, Azərbaycanın gömrük sahəsində tətbiq etdiyi "bir pəncərə" prinsipi İran üçün maraq doğurur.

Görüş iştirakçıları arasında qarşılıqlı maraq doğuran digər mələlərlə bağlı fikir mübadiləsi də aparılıb.

Xəbər lenti

Xəbər lenti