...

Azərbaycanın lizinq şirkəti istiqrazlar buraxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2010 20:11 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Finans Lizinq" ASC-nin ümumi məbləği 195 min manat olan sənədsiz adlı təmin edilməmiş faizli emissiyalar prospektini qeydə alıb.
Azərbaycanın lizinq şirkəti istiqrazlar buraxır

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Finans Lizinq" ASC-nin ümumi məbləği 195 min manat olan sənədsiz adlı təmin edilməmiş faizli emissiyalar prospektini qeydə alıb. Bu barədə Bakı Fond Birjasının cümə günü yayılan məlumatında deyilir.

Emissiyalar çərçivəsində hər birinin nominal dəyəri 500 manat olan 390 istiqraz buraxılıb. Qiymətli kağızların dövriyyə müddəti 540 gündür. Yerləşdirmənin anderrayteri qismində "Çelsi Kapital" MMC çıxış edir.

Emissiyalar prospektinə əsasən, yerləşdirmə Bakı Fond Birjasında açıq yazışma üsulu ilə keçiriləcək.

"Finans Lizinq" ASC dövlət qeydiyyatından 2007-ci il aprelin 2-də keçib. Hazırda ASC-nin səhmdarları qismində 16 fiziki şəxs çıxış edir. Səhmlərin əsas payı isə Azad Cavadova və Tokay Şahəlizadəyə (hər biri 15,83 faiz), Mobil Şərifova (15,17 faiz) və İbrahim İbrahimova (10 faiz) məxsusdir.

Oktyabrın 8-nə olan rəsmi məzənnə 0,8021 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti