...

2014-cü ilədək Azərbaycanda qızıl istehsalı altı dəfə artacaq - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2010 14:19 (UTC +04:00)
2014-cü ilədək Azərbaycanda qızıl istehsalının həcmi altı dəfə artacaq. Bu barədə çərşənbə axşamı Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan Milli Məclisinin plenar iclasında 2011-ci il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
2014-cü ilədək Azərbaycanda qızıl istehsalı altı dəfə artacaq - nazir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir İ.Xəlilova/

2014-cü ilədək Azərbaycanda qızıl istehsalının həcmi altı dəfə artacaq. Bu barədə çərşənbə axşamı Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan Milli Məclisinin plenar iclasında 2011-ci il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

"Artım Gədəbəy yatağında qızıl hasilatının genişləndirilməsi hesabına təmin olunacaq", - Mustafayev qeyd edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ilin əvvəlindən ölkədə 1,2 ton qızıl hasil edilərək təmizlənməyə göndərilib.

"Anglo Asian Mining PLC" şirkəti Azərbaycanın cənub-qərbində yerləşən altı - Gədəbəy, Ordubad, Qoşa Bulaq, Qızıl Bulaq, Vejnəli və Söyüdlü yataqlarının 1997-ci ilin avqustunda Azərbaycan hökuməti ilə imzalanan PSA tipli məhsulun pay bölgüsü sazişi əsasında işlənməsi hüququna malikdir.

Azərbaycanda yeganə qızıl istehsalçısı olan "Anglo-Asian Mining plc" cari ilin üçüncü rübündə Gədəbəy mədənində hasil edilən 19 214 unsiya qızıl istehsal edib. Nəticədə göstərilən dövrdə istehsalın ümumi həcmi 47 711 unsiyaya çatıb.

Azərbaycan hökuməti və Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkəti arasında 30 llik müddətə imzalanan pay bölgüsünə dair sazişdə Azərbaycanın payı 51 faiz, Böyük Britaniyanın "Anglo-Asian Mining plc" şirkətinin payı isə 49 faiz təşkil edir.

Gədəbəy mədənində ilk qızıl və gümüş 2009-cu ilin mayında hasil edilib. Ümumilikdə, 2015-ci ilədək bu yataqda 300 min unsiyadan çox qızıl hasilatı planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti