...

"DəmirBank" ilk dəfə Almaniyanın "Connective Capital" şirkəti ilə kredit müqaviləsi imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2010 14:41 (UTC +04:00)
"DəmirBank" Azərbaycanda ilk dəfə olaraq Almaniyanın "Connective Capital" şirkəti ilə 1,8 milyon dollar məbləğində kredit müqaviləsi imzalayıb.
"DəmirBank" ilk dəfə Almaniyanın "Connective Capital" şirkəti ilə kredit müqaviləsi imzalayıb

Azərbaycan, Bakı, 01 noyabr /Trend/

"DəmirBank" Azərbaycanda ilk dəfə olaraq Almaniyanın "Connective Capital" şirkəti ilə 1,8 milyon dollar məbləğində kredit müqaviləsi imzalayıb. Bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

Kredit müqaviləsi iki il müddətinə "FinAcc Fund S.V.A." maliyyə fondunun dəstəyi ilə imzalanıb və Azərbaycanda sahibkarlığın müxtəlif sahələrinə kiçik həcmli kreditlərin verilməsini nəzərdə tutur.

"Kiçik müəssisələr işgüzar mühitə daha yaxşı uyğunlaşır, iqtisadiyyatda baş verən dəyişikliklərə daha tez adaptasiya olunur, bu da onları ölkənin inkişafında mühüm amilə çevirir. Bunu nəzərə alaraq, "DəmirBank" bazarın bu seqmentini fəal qaydada dəstəkləyir və onun kreditləşməsini genişləndirir. Bu məqsədlə beynəlxalq maliyyə təşkilatları tərəfindən "DəmirBank" üçün kiçik və orta sahibkarlığın kreditləşməsi proqramları üzrə ümumilikdə 136 milyon dollar məbləğində vəsait ayrılıb", - bankın idarə heyətinin sədr müavini Yusif Cabbarov bildirib.

"DəmirBank" hazırda müxtəlif kredit proqramları üzrə 20-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq edir. Bunlardan Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), Qara Dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG Almaniya İnvestisiya Şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, İslam Korporasiyası, USAID (ABŞ), Rosemount Global Fondu (ABŞ), BANIF (Portuqaliya), SIFEM AG İnvestisiya Fondu (İsveçrə), ING BANK (Hollandiya) və digər beynəlxalq təşkilatları qeyd etmək olar.

Xəbər lenti

Xəbər lenti