...

Azərbaycan Mərkəzi Bankının qabaqlayıcı tədbirlərinin müsbət və mənfi cəhətləri – Trend-in icmalçısı

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2010 18:39 (UTC +04:00)
Bu gündən etibarən Azərbaycanda qabaqlayıcı tədbirlər qüvvəyə minib. Bu tədbirlər çərçivəsində Mərkəzi Bank uçot dərəcəsini üç faizədək qaldırıb.
Azərbaycan Mərkəzi Bankının qabaqlayıcı tədbirlərinin müsbət və mənfi cəhətləri – Trend-in icmalçısı

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Trend -ın direktor müavini

Bu gündən etibarən Azərbaycanda qabaqlayıcı tədbirlər qüvvəyə minib. Bu tədbirlər çərçivəsində Mərkəzi Bank uçot dərəcəsini üç faizədək qaldırıb.

Daxili bazardakı vəziyyəti nəzərə alsaq, uçot dərəcəsini qaldırmaq lazım idi. 2010-cu ilin yanvar-sentyabrında Azərbaycanın ÜDM-i ötən ilin analoji dövrü ilə müqayisədə 4,1 faiz və ya bir milyard manat artaraq, 29,3 milyard manat təşkil edib. Bu artım templəri son dörd ayda tam maksimum sayılır. Düzdür, yerli iqtisadiyyatın ən yüksək artım tempi 2010-cu ilin yanvarında 9,2 faiz səviyyəsində müşahidə olunub.

Yenidən maliyyələşdirmə dərəcəsi Mərkəzi Bankın kommersiya banklarına verilən borclar üzrə tutduğu faizdir. Yenidən maliyyələşdirmə dərəcəsi pul-kredit tənzimlənməsinin alətidir. Onun köməyi ilə Mərkəzi Bank banklararası bazarın faiz dərəcələrinə, eləcə də kredit təşkilatlarının fiziki və hüquqi şəxslərə verdikləri kredit və depozitlər üzrə faiz dərəcələrinə təsir edə bilir. Uçot dərəcəsinin artırılması bankların verdikləri borclar və depozitlər üzrə faizlərin bu banklarda yerləşdirilən müvafiq faiz artımına aparır. Uçot dərəcəsini adətən inflyasya ilə mübarizə aparmaq üçün artırırlar, iqtisadi artımı stimullaşdırmaq məqsədilə azaldırlar.

Dövlət Statistika Komitəsinin proqnozlarına əsasən, istehlak qiymətlərinin indeksi bu ilin yekunlarına görə 5,5 - 5,6 faiz səviyyəsinə çata bilər. Hətta uçot dərəcəsini qaldırmaqla dünyada neft, şəkər və taxılın artan qiymətlərinə təsir edə bilmərik. Uçot dərəcəsinin artırılması bazar iştirakçılarının psixologiyasına təsir alətidir. Dərəcənin dondurulması gözlənilən inflyasiyanın qarşısını almaq üçün effektiv vasitədir.

9 ay ərzində inflyasiya illik hesablamalarda 5,2 faiz artıb. Uçot dərəcəsinin artırılması manatla olan investisiyalara marağı artırmalı və iqtisadiyyatı daha çox stabilləşdirməlidir.

Uçot dərəcəsinin artırılması banklararası bazarda qısamüddətli dərəcələrin səviyyəsinin artırılması və banklararası kreditləşmənin həcminin azaldılması üçün alət ola bilər.

Mərkəzi Bank tərəfindən bu gün görülən qabaqlayıcı tədbirlər bir daha böhranın baş çatması faktını təsdiq edir.

Azərbaycan Mərkəzi Bankının böhran dövründə siyasətinin əsas məqsədlərinə maliyyə sistemini likvidliklə təmin etmək, məcmu tələbata dəstək vermək, maliyyə sisteminin sabitliyinin saxlanılması daxil olub. Bunun üçün geniş tədbirlərdən istifadə olunub. 2008-ci ilin sonundan etibarən Mərkəzi Bank yenidən maliyyələşdirmə dərəcəsini və açıq bazarda əməliyyatlar üzrə sərhəd dəhlizini 6 dəfə azalma tərəfinə dəyişib. Nəticədə yenidən maliyyələşdirmə dərəcəsi 2008-ci ilin oktyabrında 15 faizdən indiki 2 faizədək, dəhlizin yuxarı sərhədi müvafiq olaraq 20 faizdən 7 faizədək azaldılıb, AMB-nin banklara olan balans tələbi ötən ilin əvvəlindən indiyədək 20 dəfə artıb. Daxili mənbələr üzrə vəsaitlərin cəlb edilməsinin icbari ehtiyat normaları 12 faizdən 0,5 faizədək azaldılıb, xarici mənbələr üzrə cəlbetmə ümumiyyətlə ləğv edilib. Bununla yanaşı, icbari ehtiyatların saxlanma yükünün azaldılması məqsədilə hesabat dövründə icbari ehtiyatlar üzrə ortalama 15 gündən bir ayadək uzadılıb.

Nəticədə 2008-ci ilin oktyabrından iqtisadiyyatda likvidlik "inyeksiyalarının" xalis həcmi 2 milyard dollara yaxın təşkil edirdi. Bu məbləğdən təkcə icbari ehtiyatların hesabına banklar 730 milyon dollardan artıq vəsait aldılar. Mərkəzi Bankın diskond pəncərəsinin aktivləşməsi əsasən sistem yaradan müəssisələrin (məsələn, Dövlət Neft Şirkəti, "Azəralüminium" SC) və bankların (əsasən xarici borcların vaxtında qaytarılması üçün) likvidliyinin qorunub saxlanmasına yönəldildi.

Mərkəzi Bank uçot dərəcələrinin dəyişdirilməsi ilə yanaşı, 2010-cu il noyabrın 1-dən xarici mənbələr üzrə 0,5 faiz həcmində məcburi ehtiyat saxlama normaları tətbiq etdi. Bu, 2008-ci ilin oktyabrına qədər 5 faiz təşkil edirdi. Azərbaycanın bank sisteminin xarici borclarının artması ilə dünya maliyyə bazarlarındakı risklərə həssaslıq artır. Odur ki, bununla əlaqədar Mərkəzi Bank bu prosesləri nəzarət altında saxlayır.

Mərkəzi Bank vaxtında yerli bankların xarici borclar cəlb etməsini məhdudlaşdırmağa başlayıb və məcburi ehtiyat normalarını, cəlb olunan borcların həcmi üzrə müəyyən normativləri tətbiq etməyə başlayıb. Əgər dünya maliyyə böhranının əvvəlində Azərbaycan banklarının xarici borcları onların ümumi öhdəliklərinin 20-22 faizini təşkil edirdisə, onlar il ərzində təxminən 900 milyon dollar, iki il ərzində isə iki milyard dollar borc ödəyiblər.

Dünya maliyyə bazarlarında vəziyyətin bərpa olunması ilə Azərbaycan bankları cəlbetmənin həcmlərini artırmağa başladılar. Banklar tərəfindən 2010-cu ilin birinci yarısı ərzində ötən ilin analoji dövrü ilə müqayisədə 4,6 dəfə artımla 955,8 milyon dollar həcmində borc alınıb.

Hətta xarici və daxili bazarlarda vəziyyətin sabitləşməsindən sonra belə, xarici borclar üzrə icbari ehtiyat normativlərinin artırılması üzrə effekt məlum olmayacaq, çünki xarici bazar borcların dəyəri baxımından cəlbedici olaraq qalır. Bir tərəfdən, xarici borc maliyyələşdirməsindən həddən artıq asılılıq fərdi maliyyə sistemlərinin inkişafına stimul vermir və onun xarici şoklara həssaslığını artırır. Çünki bank sistemindəki istənilən böhran bu və ya digər dərəcədə xarici borclarla bağlıdır və onlara məhdudiyyət ölçülərinin tətbiqi arzuolunandır. Digər tərəfdən, xarici borcları daxili borclardan daha az səmərəli edən mexanizmlər yaratmaq daha məqsədəuyğun olardı. Bütün variantların öz müsbət və mənfi cəhətləri var, çünki AMB-nin qabaqlayıcı tədbirləri banklar üçün potensial itkilərdən dəyən ziyanın ödənilməsinə qadir olan kapital adekvatlılığının yüksək səviyyəsini təmin edir.

Banklar həmçinin yüksək likvidliyə malikdirlər ki, bu da öz növbəsində, öhdəliklərin, eləcə də xarici borcların vaxtında ödənilməsini təmin edir.

2010-cu il iyulun 1-nə olan vəziyyətə görə, bank sistemi üzrə kapitalın adekvatlıq göstəricisi 17,2 faiz təşkil edir, cari likvidlik göstəricisi isə Mərkəzi Bankın müəyyən etdiyi normativləri iki-üç dəfə üstələyir.

"Fitch Ratings" beynəlxalq reytinq agentliyinin qiymətləndirmələrinə görə, hazırda Azərbaycan banklarında likvidlik və yenidən maliyyələşdirmə riski ikinci plana keçib, çünki bankların xarici borclarının xeyli hissəsi ödənilib, aktivlərin "likvidlik balışı" isə iqtisadiyyatda kreditlərə tələbin azalması, eləcə də böhran şəraitində kreditlərin verilməsinə münasibətdə bankların nəzarəti sərtləşdirməsi üzündən genişlənib. Bu barədə Trend-ə "Fitch Ratings"in Moskva ofisinin bank analitik qrupunun direktoru Vladimir Markelov bildirib.

Agentliyin ekspertləri təsdiqləyirlər ki, Azərbaycan Mərkəzi Bankı banklara maliyyə dəstəyi göstərmək və vaxtında antiböhran tədbirləri qəbul etməklə bank sektorunda vəziyyətin sabitləşməsinə fəal kömək edib.

Xəbər lenti

Xəbər lenti