...

Azərbaycan ildən-ilə daha çox dünya iqtisadiyyatına inteqrasiya edir - maliyyə naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2010 08:09 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatı ildən-ilə daha çox dünya iqtisadiyyatına inteqrasiya edir, dünya maliyyə bazarlarında baş verən dəyişikliklər, şübhəsiz ki, ölkə iqtisadiyyatına da öz təsirini göstərir, bunu çərşənbə axşamı AzTV dövlət telekanalının efirində maliyyə naziri Samir Şərifov deyib.
Azərbaycan ildən-ilə daha çox dünya iqtisadiyyatına inteqrasiya edir - maliyyə naziri

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Azərbaycan iqtisadiyyatı ildən-ilə daha çox dünya iqtisadiyyatına inteqrasiya edir, dünya maliyyə bazarlarında baş verən dəyişikliklər, şübhəsiz ki, ölkə iqtisadiyyatına da öz təsirini göstərir, bunu çərşənbə axşamı AzTV dövlət telekanalının efirində maliyyə naziri Samir Şərifov deyib.

"2008-2009-cu illər ərzində dünya iqtisadiyyatına böyük bir zərər vurmuş maliyyə-iqtisadi böhranı nəticələri və mənfi fəsadları ilə hələ də müəyyən mübarizə aparırıq. Bir çox inkişaf etmiş dövlətlərdə müəyyən büdcənin ixtisara salınması tədbirləri həyata keçirililb və bu tədbirlər ilk növbədə, əfsuslar olsun ki, sosial proqlamların ixtisarına gətirib çıxarmışdır", nazir qeyd edib.

Azərbaycanda isə, buna baxmayaraq həm 2010-cu ildə həm də 2011-ci ildə sosial proqlamların artırılmasına doğru addımlar atılır, Şərifov deyib.

"2010-cu ilin sentyabr-oktyabr aylarında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bir sıra sərəncam və fərmanlar imzalanmışdır və bu sərəncam və fərmanlarla Azərbaycan büdcə təşkilatlarında çalışan işçilərin əməkhaqqları artırılmış, minimum əməkhaqqı, baza pensiyasının məbləği artırılmışdır, bütün sosial müavinətlər, təqaüdlər artırılmışdır" deyə nazir bildirib.

Samir Şərifov onu da qeyd edib ki, bu artımlar ilə üç milyon Azərbaycan vətəndaşının rifah halı daha da artırılacaqdır. "Bu artımların 2011-ci ildə həyata keçirilməsi üçün dövlət büdcəsində əlavə olaraq 460 milyon manat vəsait nəzərdə tutulmuşdur", o deyib.

Nazirin sözlərinə görə, ümumiyyətlə, 2011-ci ilin dövlət büdcəsi öz sosial yönümlüyü ilə səciyyələndirilir.

"2011-ci ilin dövlət büdcəsində sosial yönümlü xərclər 4,3 milyard manat təşkil edir", - Şərifov deyib.

Xəbər lenti

Xəbər lenti