...

Türkmənistan və RF Xəzər dənizində dəmiryolu-bərə nəqliyyatının təşkili üzrə saziş imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2010 12:01 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 3 noyabr /Trend, müxbir H.Həsənov/

Xəzərdə qonşu olan Türkmənistan və Rusiya iki dövlətin limanları arasında dəmiryolu-bərə keçidinin təşkili üzrə hökumətlərarası saziş imzalayıblar. Bu barədə rəsmi türkmən mənbəsi xəbər verir.

İmzalanma bu günlərdə Aşqabadda keçirilən iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası çərçivəsində keçirilib. Tərəflər qeyd ediblər ki, bu saziş "bərabərhüquqlu maraq balansının, praqmatik əsasda qarşılıqlı sərfəli əməkdaşlığın möhkəmləndirilməsinə" xidmət edir.

Hazırki sənəd 2008-ci ildən hazırlanır. O, Rusiyanın Olya və Mahaçqala limanları və Türkmənbaşı limanı arasında birbaşa nəqliyyatı nəzərdə tutur. Bu yol Türkmənistandan Rusiyaya, Gürcüstana, Ukraynaya və Belarusa yük axınlarının artırılmasını təmin edə bilər.

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov hökumət iclaslarından birində bəyan edib ki, regionda yeni marşrutlar üzrə dəmir yolu və dəniz yükdaşımalarının həcminin artırılmasının tərəfdarıdır.

Xəbər lenti

Xəbər lenti