...

"Azərbaycan Beynəlxalq Bankı – Gürcüstan" bank kartlarının emissiyasına başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2010 17:32 (UTC +04:00)
Cari ilin oktyabr ayından başlayaraq "Azərbaycan Beynəlxalq Bankı – Gürcüstan" VISA International plastik bank kartlarının emissiyasına başlayıb. Bu barədə cümə axşamı ABB-nin məlumatında deyilir.
"Azərbaycan Beynəlxalq Bankı – Gürcüstan" bank kartlarının emissiyasına başlayır

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Cari ilin oktyabr ayından başlayaraq "Azərbaycan Beynəlxalq Bankı - Gürcüstan" VISA International plastik bank kartlarının emissiyasına başlayıb. Bu barədə cümə axşamı ABB-nin məlumatında deyilir.

Bankın müştəriləri Visa Electron, Visa Classic i Visa Gold kartlarını əldə etmək imkanını qazanıblar. Bank Visa Platinum və Visa Infinite kimi mükafat tipli kartlar hesabına gələcəkdə təklifi genişləndirməyi planlaşdırır.

Bankın idarə heyətinin sədri Samir Vəliyevin bildirdiyinə görə, bank kartlarının emissiyası fiziki şəxslərlə iş həcmini xeyli dərəcədə artırmağa, həm mövcud, həm də potensial müştərilərlə iş və əməkdaşlıq sahəsini genişləndirməyə imkan verəcək. Bank rəhbərliyi həmçinin "Maaş kartı" layihəsində iştirak etmək üçün korporativ müştəriləri dəvət etməyi düşünür (layihə çərçivəsində şirkət əməkdaşları əmək haqqını və digər ödənişləri bank kartları vasitəsilə alacaqlar).

Mövcud infrastrukturun genişləndirilməsi, xüsusi olaraq bankomat şəbəkəsinin əhəmiyyətli dərəcədə artırılması, müxtəlif xidmət və ticarət obyektlərində POS-terminalların quraşdırılması, həmçinin kartların funksionalığının genişləndirilməsi üzrə bank qarşısında ciddi planlar qoyulub (hal-hazırda Gürcüstan paytaxtının mərkəzi rayonlarında 4 bankomat fəaliyyət göstərir).

"Azərbaycan Beynəlxalq Bankı - Gürcüstan" ("ABB-Gürcüstan") 16 noyabr 2006-cı ildə təsis edilmiş 100% xarici kapitallı Gürcüstanın bank-rezidentidir. Bankın qeydiyyata alınmış və ödənilmiş nizamnamə kapitalı 12 milyon laridir (təxminən 7 milyon ABŞ dolları). Bank səhmlərinin 75%-i Azərbaycan Beynəlxalq Bankına məxsusdur. Bank korporativ və fərdi müştərilər üçün universal bank olaraq geniş xidmət seçimi təklif edir.

Xəbər lenti

Xəbər lenti