...

Azərbaycanın tikinti şirkəti istiqraz emissiyalarının yerləşdirilməsinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2010 20:05 (UTC +04:00)
Noyabrın 8-dən etibarən Bakı Fond Birjasında "Akkord İnşaat-Sənaye" ASC-nin təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazlarının yerləşdirilməsinə başlanılması nəzərdə tutulur.
Azərbaycanın tikinti şirkəti istiqraz emissiyalarının yerləşdirilməsinə başlayır

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir A.Axundov/

Noyabrın 8-dən etibarən Bakı Fond Birjasında "Akkord İnşaat-Sənaye" ASC-nin təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazlarının yerləşdirilməsinə başlanılması nəzərdə tutulur. Bu barədə cümə günü birjanın məlumatında deyilir.

"Şirkətin istiqrazlarının birjanın qeyri-kotirovka vərəqəsinə salınmasıyla bağlı müraciət daxil olub", - məlumatda deyilir.

"Akkord İnşaat-Sənaye" ASC Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində 50 milyon manat məbləğində istiqrazlarının emissiya prospektlərini qeydiyyatdan keçirib. Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olmaqla 50 min istiqraz buraxılıb.

"Akkord İnşaat-Sənaye" ASC 2005-ci ildə yaradılıb.

Noyabrın 5-nə olan rəsmi məzənnə 0,7997 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti