...

Dövlət Baytarlıq Xidmətinin növbəti monitorinqi Azərbaycanda "quş qripi"ni aşkar etməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Noyabr 2010 12:50 (UTC +04:00)
Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti ölkə ərazisində ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan götürülən qan nümunələri və pataloji materialların heç birində "quş qripi" xəstəliyinin törədicisini aşkar etməyib. Bu barədə Dövlət Xidmətinin cümə günü yayılan məlumatında deyilir.
Dövlət Baytarlıq Xidmətinin növbəti monitorinqi Azərbaycanda "quş qripi"ni aşkar etməyib

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti ölkə ərazisində ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan götürülən qan nümunələri və pataloji materialların heç birində "quş qripi" xəstəliyinin törədicisini aşkar etməyib. Bu barədə Dövlət Xidmətinin cümə günü yayılan məlumatında deyilir.

Xidmətin növbəti monitorinqi noyabrın 1-də başlayıb. 18 baş çöl və 8 baş ev quşunun pataloji materialları və 1119 baş ev quşunun qan nümunələri analiz edilib.

Bu tədbirlər Abşeron yarımadasında, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Milli parklarda, eləcə də respublikanın sahilyanı ərazilərində aparılıb.

Dövlət Baytarlıq Xidməti monitorinqləri Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Ovçular və Balıqçılar Cəmiyyəti ilə birlikdə aparıb.

Növbəti monitorinq dekabrın 13-də başlayacaq.

Xəbər lenti

Xəbər lenti