Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir T.Cəfərov/
Avropa İran qazını almaq istəyirsə, bu ölkə ilə münasibətlərdə bir neçə maneəni dəf etməlidir. Bu barədə cümə axşamı mətbuat konfransında İran Prezidenti Mahmud Əhmədinejad deyib.
"Avropa nüvə proqramını problem kimi ortaya qoyur. Qazı almaq üçün bu, maneə ola bilməz", - İran Prezidenti qeyd edib.
Onun sözlərinə görə, İrana Avropa bazarı deyil, Avropaya İran qazı lazımdır.
"Avropaya qaz lazımdırsa, biz danışıqlar aparmağa hazırıq, lakin buna təkid etmirik", - Əhmədinejad bildirib.
Prezident Əhmədinejad qeyd edib ki, İran qazı həm xammal, həm də hazır məhsul formasında öz sərhədləri hüdudunda da sata bilər.