...

Türkiyə bankları Bank Respublikaya ticarətin maliyyələşdirilməsi üçün kredit xətləri ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2010 17:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 noyabr /Trend/

Türkiyənin Bank Asya və Aktif Bank-ı Bank Respublikaya ticari maliyyələşdirilmə üçün kredit xətləri ayırıb. Ötən həftə keçirilən danışıqlar nəticəsində bu banklardan hər biri Bank Respublikaya iki milyon avro məbləğində kredit xətti açıb.

"Bank Respublika"nın məlumatında deyildiyi kimi, müxtəlif ticari maliyyələşdirilmə proqramlarının fəal iştirakçısı olan Bank Respublika Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən bir neçə dəfə "Azərbaycanda ticarətin maliyyələşdirilməsi üzrə ən fəal bank" mükafatını alıb. 2009-cu ilin yekunlarına əsasən, bankın Yaponiya, Almaniya, İsveçrə, İtaliya və digər ölkələrlə ticarətin maliyyələşdirilməsi üzrə apardığı əməliyyatların ümumi məbləği 20 mln. ABŞ dollarını keçir.

Bank Respublika 1992-ci ildən ölkənin maliyyə bazarında fəaliyyət göstərir. Bankın etibarlılığı və stabilliyi beynəlxalq reytinq agentliyi "Moody's Investors Service" tərəfindən bəyənilib.

Xəbər lenti

Xəbər lenti