...

Azərbaycan Argentina və Yaponiya ilə aqrar sektorda əlaqələrin genişləndirilməsində maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2010 20:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir A.Axundov/

Çərşənbə günü Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Argentina xarici işlər nazirinin müavini Alberto Pedro D'Alottonun başçılıq etdiyi nümayəndə heyətini və Yaponiyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şuşuke Vatanabeni qəbul edib. Bu barədə nazirliyin çərşənbə günü yayılan məlumatında deyilir.

Görüşlərdə ölkələr arasında aqrar sektorda əlaqələrin dərinləşdirilməsi və genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Argentinanın Azərbaycandakı və Türkiyədəki səfiri Armando Xuan və Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti