...

Azərbaycanda USAID-in dəstəyi ilə yem analizi laboratoriyası açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2010 18:19 (UTC +04:00)
Cümə günü Aqro İnformasiya Mərkəzi (AİM) ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə Ağcabədidə yem analizi laboratoriyası açıb.
Azərbaycanda USAID-in dəstəyi ilə yem analizi laboratoriyası açılıb

Azərbaycan, Bakı, 26 noyabr/Trend, müxbir A.Axundov/

Cümə günü Aqro İnformasiya Mərkəzi (AİM) ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə Ağcabədidə yem analizi laboratoriyası açıb. Bu barədə USAID-in cümə günü yayılan məlumatında deyilir.

Layihənin maliyyələşdirilməsi "Özəl sektorun rəqabət qabiliyyətinin gücləndirilməsi" proqramı çərçivəsində aparılıb.

"Yem analizi laboratoriyasının başlıca məqsədi respublikanın mərkəzi bölgəsində təsərrüfatlarda sağılan heyvanların süd məhsuldarlığını, kökəltmə malın gündəlik çəki artımını, ətlik quşların iki ay müddətində kəsim çəkisinə çatmasını, eləcə də toyuqlarda yumurta məhsuldarlığını dünyanın qabaqcıl təcrübələrindən əldə olunan səviyyəyə uyğunlaşdırmaqdan ibarətdir", - məlumatda deyilir.

USAID-in Azərbaycan üzrə koordinatoru vəzifəsini icra edən Kis Simmonsun fikincə, agentlik laboratoriyaya hazırkı dəstəyini tamamlayacaq və artıracaq, habelə heyvandarlıq, quşçuluq və balıqçılıq sektoruna lazım olan xidmətləri təmin edəcək.

Laboratoriyada heyvan yemlərinin analizi üçün lazımi avadanlıqlar quraşdırılıb, heyət xarici mütəxəssislər tərəfindən lazımi təlim və məsləhət alıb.

Aqro İnformasiya Mərkəzi 1999-cu ilin noyabrında Ədliyyə Nazirliyində qeydiyyata alınan milli qeyri-hökumət təşkilatıdır.

AİM-in əsas məqsədi məsləhət və informasiya, eləcə də dəstək xidmətlərinin göstərilməsi yolu ilə fermerlərin əminliklərinin və gəlirlərinin gücləndirilməsidir.

Xəbər lenti

Xəbər lenti