...

Azərbaycan İpoteka Fondu istiqrazların emissiyasının 93 faizindən çoxunu yerləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2010 20:47 (UTC +04:00)
Bazar ertəsi Bakı Fond Birjasında Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz istiqrazlarının növbəti 5 milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib.
Azərbaycan İpoteka Fondu istiqrazların emissiyasının 93 faizindən çoxunu yerləşdirib

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Bazar ertəsi Bakı Fond Birjasında Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz istiqrazlarının növbəti 5 milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə bazar ertəsi AİF-in məlumatında deyilir.

Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi (5 milyon manat) üstələyərək 5 089 000 manat təşkil edib və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilib.

İstiqrazlar 103,0798 qiyməti ilə satışa çıxarılmışdır.

İstiqrazların ödənilmə tarixi 11 dekabr 2019-cu ildir.

AİF-in istiqrazlarının emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 30 dekabr 2009-cu il tarixdə qeydə alınıb.

Emissiyaların ümumi həcmi hər birinin nominal dəyəri min manat olmaqla illik 3,25 faiz dərəcəsi ilə 75 milyon manat təşkil edir. 2010-cu il fevralın 1-dən etibarən yerləşdirilməsinə başlanılan emissiyalardan indiyədək 70 milyon manat məbləğində istiqraz satılıb.

Noyabrın 29-na olan rəsmi məzənnə 0,8001 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti