...

2010-cu ildə Azərbaycanda sahibkarlıq subyektləri üçün güzəştli kreditlərin həcmi 100 milyon manatı ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2010 17:04 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xəttilə 2010-cu ildə Azərbaycanda 1303 sahibkara 100,3 milyon manat həcmində güzəştli kredit verilib. Bunu cümə günü SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib.
2010-cu ildə Azərbaycanda sahibkarlıq subyektləri üçün güzəştli kreditlərin həcmi 100 milyon manatı ötüb

Azərbaycan, Bakı, 3 dekabr /Trend/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xəttilə 2010-cu ildə Azərbaycanda 1303 sahibkara 100,3 milyon manat həcmində güzəştli kredit verilib. Bunu cümə günü SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib. Bu barədə nazirliyin məlumatında deyilir.

Onun sözlərinə görə, bu kreditlər hesabına 4900-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

"Verilmiş kreditlərin 99,8%-i respublikanın regionlarının payına düşür", - Abdullayev deyib.

Eləcə də cümə günü SKMF-nin xətti ilə Ucar və ətraf rayonlarda fəaliyyət göstərən 34 sahibkarlıq subyektinə 400 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 70-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

150-dək sahibkarın iştirak etdiyi tədbir çərçivəsində Ucar və ətraf rayonlarda layihələrin güzəştli maliyyələşdirilməsi üçün prioritet sahələr müəyyən olunub.

Tədbir iştirakçıları müasir texnologiyaların tətbiqi ilə istehsalın yenidən qurulması və təsərrüfat fəaliyyətinin genişləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmiş "Ucar-Broyler" MMC-nin fəaliyyəti ilə tanış olublar.

Dekabrın 3-nə olan rəsmi məzənnə 0,7998 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti