...

"Bakı Ağ Şəhər" layihəsi Kiyevdə keçirilən investisiya sammitində iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2010 18:22 (UTC +04:00)
Cari ilin 25-26 noyabr tarixlərində Ukraynanın paytaxtında keçirilən MDB və Yaxın Şərq ölkələrinin investisiya sammitində dünyanın sürətlə inkişaf edən iki regionun perspektivli əməkdaşlıq məsələlərinə baxılıb.
"Bakı Ağ Şəhər" layihəsi Kiyevdə keçirilən investisiya sammitində iştirak edib

Azərbaycan, Bakı, 3 dekabr /Trend/

Cari ilin 25-26 noyabr tarixlərində Ukraynanın paytaxtında keçirilən MDB və Yaxın Şərq ölkələrinin investisiya sammitində dünyanın sürətlə inkişaf edən iki regionun perspektivli əməkdaşlıq məsələlərinə baxılıb.

Tədbirdə ölkəmizi Azərbaycan Prezidenti İlham Əliyevin "2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planı" haqqında fərmanının icrası çərçivəsində həyata keçirilən və potensial investisiyalar üçün açıq olan "Bakı Ağ Şəhər" layihəsinin nümayəndələri təmsil ediblər.

Layihənin təmsilçiləri iştirakçılar qarşısında "Bakı Ağ Şəhər"in investisiya imkanları" mövzusu ilə çıxış ediblər. Təqdimat zamanı dinləyicilərə Dünya Bankı tərəfindən iqtisadiyyat sahəsində qabaqcıl islahatçı kimi tanınan Azərbaycanın uğurlu iqtisadi inkişafı və ölkəmizin investisiya imkanları barədə məlumat verilib ki, bu da öz növbəsində sammit iştirakçılarında böyük maraq yaradıb.

Tədbirin təşkilatçıları sırasında Ukraynanın Nazirlər Kabineti, Milli Bankı və İqtisadi İnkişaf Nazirliyi də olub. Sammit dünyanın 32 ölkəsinin bütün iqtisadi sahələrində fəaliyyət göstərən ən yüksək şirkətlər qruplarının maliyyə-investisiya sahəsində maraqlı olan və təcrübə mübadiləsində iştirak etmək istəyən 400-dən çox rəhbərlərini bir araya toplayıb.

Xəbər lenti

Xəbər lenti