...

TBC Kredit "Təcili pul" kreditlərinə faiz dərəcəsini azaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2010 19:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

Azərbaycanın bank olmayan kredit təşkilatı "TBC Kredit" girovsuz "Təcili pul" kreditlərinə "-2%" kampaniyasını elan edib. Bu barədə təşkilatın bazar ertəsi yayılan məlumatında deyilir.

Aksiya çərçivəsində kreditə müraciət edənlər yeni il hədiyyəsi olaraq illik faiz dərəcəsinə 2% güzəşt əldə edirlər. İndi bu kredit üzrə minimal illik faiz dərəcəsi 20% təşkil edir. Kampaniya 6 dekabrdan 31 dekabra qədər davam edəcək.

"Təcili Pul" girovsuz kreditdir və istənilən məqsəd üçün istifadə oluna bilər. Bu kredit üzrə maksimal məbləğ 5 min manat, maksimal müddət isə 18 ay təşkil edir. Adıçəkilən məhsul əhali arasında böyük tələbatla istifadə olunur, belə ki, kredit minimal sayda sənəd təqdimatı əsasında 2 gün ərzində verilir.

Bank olmayan kredit təşkilatı "TBC Kredit" Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. 2007-ci ilin dekabrından şirkətin payının 75 faizi Gürcüstanın aparıcı bankı "TBC Bank"a, 25 faizi isə "ShoreBank International Ltd"yə məxsusdur.

Xəbər lenti

Xəbər lenti