...

Azərbaycanda ictimai nəqliyyatın rəsmiləşdirilməsinin yeni standartları təsdiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2010 16:29 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Nəqliyyat Nazirliyi tərəfindən hazırlanmış AZS 425-2010 "Sərnişin stansiyası qurğuları və avtomobilləri" dövlət standartını təsdiq edib.
Azərbaycanda ictimai nəqliyyatın rəsmiləşdirilməsinin yeni standartları təsdiq edilib

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Nəqliyyat Nazirliyi tərəfindən hazırlanmış AZS 425-2010 "Sərnişin stansiyası qurğuları və avtomobilləri" dövlət standartını təsdiq edib. Bu barədə komitənin çərşənbə axşamı yayılan məlumatında deyilir.

"Bu standart sərnişin stansiyası qurğularına, avtobus dayanacağı məntəqələrinə, taksi dayanacaqlarına, sərnişin və yük avtomobil nəqliyyatı vasitələrinə şamil edilir və fərqləndirici nişanların, göstəricilərin və digər informasiya tərtibatlarının qeydə alınması üçün əsas tələbləri müəyyənləşdirir", - məlumatda deyilir.

Standartın müddəaları Azərbaycanın müvafiq orqanları tərəfindən verilmiş lisenziyaya əsasən, sərnişin və yük avtonəqliyyat vasitələri ilə daşımanı həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar üçün icbaridir.

Normativ sənəddə sərnişin stansiyası qurğularının tərtibatı, müntəzəm sərnişindaşımaları yerinə yetirən sərnişin nəqliyyatı vasitələrinin dayanacaq məntəqələrinin tərtibatı, nəqliyyat vasitələrinin xarici tərtibatı (taksi və sərnişin avtonəqliyyat vasitələri), sərnişin nəqliyyatı vasitələrinin və taksi-minik avtomobillərinin daxili tərtibatına olan tələblər mövcuddur.

Yeni standartlar 2010-cu il dekabrın 20-dən etibarən tətbiq ediləcək.

Xəbər lenti

Xəbər lenti