Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir Ü.İsmayılova/
2010-cu il dekabrın 1-nə olan məlumata görə, Azərbaycanın böyük şirkətlərindən olan "AG Leasing"in lizinq portfeli 3,143 milyon manat təşkil edib. Bu göstərici noyabrın əvvəlində 3,254 milyon manat olub. Bu barədə çərşənbə günü şirkətin rəsmi saytında dərc edilən məlumatda deyilir.
Bu dövrdə cəlb edilən lizinq müqavilələrinin ümumi sayı 105 ədəd təşkil edib. Bu göstərici keçən ay 107 olub. Llizinqə verilən avadanlığın ümimi məbləği 5,717 milyon manat təşkil edib. Bu göstərici noyabrın 1-də 5,857 milyon manat olub.
"AG Leasing" QSC lizinq portfelinin həcminə görə, Azərbaycanın aparıcı lizinq şirkətləri qrupuna daxildir. Şirkətin müştəriləri həm hüquqi, həm fiziki şəxs olan sahibkarlardır.
"AG Leasing" 2005-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı bir milyon manat təşkil edir. Şirkət əsasən üç sahədə - nəqliyyat, ticarət və tibb sahəsində avadanlıqları lizinqə verir. Şirkət avadanlıqları lizinqə ilkin ödənişi 20-50 faiz və illik 20-24 faiz dərəcəsi ilə 60 ay müddətinə verir.
Şirkətin nizamnamə kapitalında iştirak payı: AGBank (35 faiz), Böyük Britaniyanın" "Hiperion Capital Management" şirkəti (30 faiz), ABŞ-ın Delta Trans LLC şirkəti (25 faiz) və Böyük Britaniyanın "Milio Leasing Limited" şirkəti (10 faiz).