Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir N. İsmayılova/
Sumqayıtda müasir standartlara cavab verən sosial obyektlərin inşası və yenidən qurulması başa çatır. Bu barədə çərşənbə axşamı Sumqayıt şəhər İcra Hakimiyyətinin məlumatında deyilir.
Məlumatda deyildiyi kimi, artıq N.Nərimanov adına Mədəniyyət evi, Bülbül adına Uşaq İncəsənət Məktəbi, 1 saylı Uşaq Gənclər İdman Məktəbində tikinti işləri başa çatmaq üzrədir.
Eyni zamanda, şəhərin 17-ci mikrorayon ərazisində yeni inşa edilən Olimpiya İdman Kompleksində də tikinti işləri yekunlaşdırılır.
Adları çəkilən sosial obyektlər 2011-ci ildə istifadəyə veriləcək.