...

Azərbaycan bankı "Parabank" müştərilərinə Yeni il güzəştləri təqdim edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2010 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

"Parabank" ASC-də "Yeni il aksiyası" keçiriləcək. "Yeni il aksiyası" müştərilər üçün 2010-cu il dekabrın 15-dən 2011-ci il yanvarın 15-dək davam edəcək. Bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

"Yeni il aksiyası" cərçivəsində yeni qoyulan əmanətlər mövcud tarifdən 1% artıq, müştərilərə verilən kreditlər isə mövcud faizlərdən 2% aşağı hesablanacaq. Bundan əlavə, müştərilər yanvarın 31-dək Visa Gold, Visa Platinum və Visa Infinite plastik kartlarını 20% güzəştlə əldə edə bilərlər.

"Qeyd etmək istərdik ki, "Parabank" həm fərdi, həm də korporativ müştərilər üçün kreditlər, depozitlər, plastik kartlar, pul köçürmələri, xəzinədarlıq xidmətləri, nağd hesablaşmalar, kommunal ödənişlər, ATM və POS-terminal və digər növ məhsul və xidmətlər təklif edir. Biz yeni aksiyalar və əlverişli məhsullar yaratmaqla müştərilərimizin həyat və gündəlik yaşamını rahatlaşdırmağa çalışırıq", - bankın Biznesin inkişafı və marketinq departamentinin müdiri Fərid Dadaşov deyib.

Əlavə məlumat üçün "Parabank"ın 139 məlumat mərkəzinə müraciət etmək olar.

Xəbər lenti

Xəbər lenti