Azərbaycan, Bakı, 17 dekabr /Trend/
Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinin effektivliyinin artırılması və maliyyə sabitliyinin təmini istiqamətində tədqiqat potensialının gücləndirilməsi üzrə işlərini davam etdirir. Bu məqsədlə Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzi (TİM) "Maliyyə sabitliyinin təhlili metodları və alətləri" mövzusunda treninq təşkil edib.
Dekabrın 16-17 tarixlərində keçirilən treninq maliyyə sabitliyinin mahiyyəti və qiymətləndirilmə çərçivəsi, maliyyə sabitliyi monitorinqinin həyata keçirilməsi, kredit risklərinin ölçülməsi, maliyyə sabitliyi üzrə stress-testlərin aparılmasına dair məsələlərə həsr olunub. Treninq nəticəsində əldə olunacaq biliklərin AMB-nin müvafiq analitik-tədqiqat potensialının təkmilləşdirilməsinə xidmət edəcəyi gözlənilir.
Treninq Polşa Milli Bankının maliyyə sistemi üzrə müşaviri Pavel Viczanski və Maliyyə sistemi sabitliyi şöbəsinin əməkdaşı Adam Qloqovski tərəfindən ingilis dilində aparılır.