Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir A.Axundov/
İstanbulun kommersiya mərkəzində yeni hava limanının tikintisi qaçılmazdır. Bu barədə Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım deyib, - "Anadolu" agentliyi məlumat verib.
Onun sözlərinə görə, 2023-cü ilə kimi İstanbulda sərnişin axını 150 milyon nəfərə çatacaq.
"İstanbulun iki beynəlxalq hava limanı bu sayda sərnişinlərə xidmət göstərmək iqtidarında olmayacaq, buna görə yeni hava limanının tikintisi qaçılmazdır", - Yıldırım qeyd edib.
1924-cü ildə işə salınan Atatürk adına beynəlxalq hava limanı İstanbulun Avropa hissəsində, Səbihə Göyçə adına ikinci beynəlxalq hava limanı isə şəhərin Asiya hissəsində yerləşir. O, 2001-ci ildə işə salınıb.