...

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi ölkə regionlarında fəaliyyətin genişləndirilməsinə yönəlib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2010 20:37 (UTC +04:00)
İclas çərçivəsində nazirliyin ölkənin regionlarında fəaliyyətinin dərinləşdirilməsi məsələsi müzakirə olunub.
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi ölkə regionlarında fəaliyyətin genişləndirilməsinə yönəlib

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir N.İsmayılova/

Dekabrın 18-də İqtisadi İnkişaf Nazirliyi Kollegiyasının növbəti iclası keçirilib. İclas çərçivəsində nazirliyin ölkənin regionlarında fəaliyyətinin dərinləşdirilməsi məsələsi müzakirə olunub. Bu barədə nazirliyin bazar ertəsi yaydığı məlumatda deyilir.

İclas zamanı Azərbaycanın iştirak etdiyi hökumətlərarası komissiyaların işinin təşkili və qərarların icra vəziyyəti, yardımların əlaqələndirilməsi işinin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər, Dünya Bankı və Azərbaycan hökumətinin birgə həyata keçirdiyi "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsinin icrası və Bakı şəhərində bərk məişət tullantılarının yandırılması zavodunun tikintisinin gedişi, nazirliyin regional bölmələrinin fəaliyyətinin daha da genişləndirilməsi müzakirə edilib.

Kollegiyanın gündəliyindəki məsələlərlə bağlı nazirliyin əlaqədar qurumlarının məruzələri dinlənilib, müzakirə edilən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İclası yekunlaşdıran iqtisadi inkişaf naziri, Kollegiyanın sədri Şahin Mustafayev qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi istiqamətində konkret tapşırıqlar verib.

Xəbər lenti

Xəbər lenti