...

Azərbaycanda insan sağlamlığı üçün təhlükəli süd məhsulları aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2010 20:25 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonunda yerləşən "Kaspian Prodakşn Layn" MMC-nin hazır məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi aparılıb.
Azərbaycanda insan sağlamlığı üçün təhlükəli süd məhsulları aşkar edilib

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonunda yerləşən "Kaspian Prodakşn Layn" MMC-nin hazır məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi aparılıb. Bu barədə nazirliyin bazar ertəsi yaydığı məlumatda deyilir.

Bundan başqa, pəhriz kəsmiyinin konsistensiyasının həmcins olmadığı və içərisində yağ hissəcikləri olduğu, dadının pəhriz kəsmiyinə xas olmayan yağ tamı verdiyi, etiketində yağlılığı 0,3 faiz göstərildiyi halda, faktiki 42,0 faiz təşkil etdiyi müəyyən olunub.

Laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən qatığın, dovğanın və ayranın turşuluğunun normadan az olduğu da müəyyən edilib.

Aşkar edilmiş pozuntularla əlaqədar məhsul istehsalı və satışının təxirə salınmadan dayandırılması, habelə insan orqanizmi üçün təhlükəli olan 1552 kq süd məhsullarının məhv edilməsi barədə "Kaspian Prodakşn Layn" MMC-yə Dövlət Xidməti tərəfindən icrası məcburi göstəriş verilib.

Araşdırmalar davam edir.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara "Kaspian Prodakşn Layn" MMC-də istehsal edilmiş süd məhsullarını almamağı tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti