...

10 il ərzində Azərbaycanda adambaşına ÜDM 7,5 dəfə artıb – QKDK rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2010 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir E.İsmayılov/

Son 10 il ərzində Azərbaycanın strateji valyuta ehtiyatları 28 milyard dolları ötüb. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı cümə axşamı "XXI əsrin on ili - Azərbaycanın inkişaf strategiyası" adlı tədbirdə deyib.

"Bu dövr ərzində ölkənin valyuta ehtiyatları on dəfə artaraq 28 milyard dolları ötüb", - Aslanlı bildirib.

Azərbaycanda aparılan makroiqtisadi islahatlar nəticəsində ölkə iqtisadiyyatı üç dəfədən çox artıb. XXI əsrin ilk 10 ili ərzində Azərbaycanda adambaşına ÜDM 7,5 dəfə artıb.

"Bu, 10 il ərzində ölkədə 15,6 faizlik orta illik iqtisadi artım deməkdir", - Dövlət Komitəsinin rəhbəri bildirib.

Aslanlının sözlərinə görə, Azərbaycanın Berlin divarlarının dağılmasından sonra transformasiya prosesi yaşayan ümumi daxili məhsulunun ikiqat artdığı ölkələr arasında yeganə olması az əhəmiyyətli məqam deyil.

"Bu illər ərzində ölkə əhalisinin rifahının yaxşılaşdırılmasına böyük diqqət ayrılıb və 10 il ərzində orta aylıq əməkhaqqı 7,6 dəfə artıb, işsizlik isə demək olar ki, beş dəfə azalıb", - Aslanlı deyib.

Qeyri-neft sektorunun inkişafı üzrə aparılan islahatlar nəticəsində bu gün ölkədəki iqtisadi artımın qeyri-neft sektoru hesabına təmin olunduğunu söyləmək olar.

Xəbər lenti

Xəbər lenti